Əsas Səhifə > Milli komandalar > Azərbaycan tennisçiləri Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər

Azərbaycan tennisçiləri Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər


23-05-2024, 11:49

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, Onur Quluzadə, Şakir Qədirov və Yağmur Məmmədli, Banu Baytallıdan ibarət heyət komanda yarışlarının ilkin qrup mərhələsində etimadı doğruldub.

İngiltərə seçməsinə 3-2, Estoniya kollektivinə 5-0 hesabı ilə qalib gələn idmançılarımız avstriyalı rəqiblərinə 2-3 hesabı ilə uduzaraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.

Komandamız bu gün keçiriləcək ikinci qrup mərhələsində Almaniya, Bolqarıstan və Macarıstan seçmələri ilə mübarizə aparacaq.
Geri qayıt