Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək


20-05-2024, 15:00


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, yığmanın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli matçlar oynanılacaq. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Azərbaycan millisinin oyunlarının təqvimi:

4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)
Geri qayıt