Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib

Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib


17-05-2024, 16:40


Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.

BrendSport.az
xəbər verir ki, buna Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.

Azərbaycan komandası hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.

Qeyd edək ki, qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.
Geri qayıt