Əsas Səhifə > Milli komandalar > Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb10-05-2024, 16:30 |
![]() Sambo üzrə Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla tamamlayıb. BrendSport.az xəbər verir ki, yığma qitə yarışında 1 qızıl və 2 bürünc medal qazanıb. 2022-ci il dünya çempionatının mükafatçısı Elvin Bağırov (64 kiloqram) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu. Həmçinin Rəsul Aydəmirov (98 kiloqram) və Nicat Məmmədli (58 kiloqram) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib. Qeyd edək ki, yarış mayın 11-12-də gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək. Geri qayıt |