Əsas Səhifə > Milli komandalar > Qadın futbolçulardan ibarət Azərbaycan millisi İsveçrə ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi İsveçrə ilə qarşılaşacaq


9-04-2024, 10:55


Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, yığma ikinci turda doğma meydanda İsveçrəni qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda qrupun ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib.
Geri qayıt