Əsas Səhifə > Milli komandalar > Azərbaycanın 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb
Azərbaycanın 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb8-04-2024, 12:15 |
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb. BrendSport.az xəbər verir ki, yarışa aprelin 12-də Honqkonqda start veriləcək. Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. Növbəti iki matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq. Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Geri qayıt |