Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Macarıstanla səfərdə heç-heçə edib
Azərbaycan millisi Macarıstanla səfərdə heç-heçə edib5-04-2024, 21:54 |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. BrendSport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstanla üz-üzə gəlib. B Liqasının I qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Lakin qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb. Qeyd edək ki, yığmamız II turda aprelin 9-da İsveçrəni qəbul edəcək. Geri qayıt |