Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib


28-03-2024, 12:20


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubu bəlli olub.

BrendSport.az
xəbər verir ki, 33 yaşlı hücumçu İndoneziyanın "Qresik Petrokimya" komandasına keçib.

P.Rəhimova son olaraq Türkiyə təmsilçisi "Karayolları"nın formasını geyinib.

O, daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.
Geri qayıt