Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin sabiq futbolçusu xəstəlikdən sağalıb
Azərbaycan millisinin sabiq futbolçusu xəstəlikdən sağalıb16-03-2024, 11:45 |
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb. BrendSport.az Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub. Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regionalliqanın XXVI turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq: “Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”. Qeyd edək ki, “Dinamo” – “Çemnitzer” oyunu bu gün keçiriləcək. Berlin klubu hazırda 50 xalla ikinci pillədə qərarlaşır və liderdən cəmi 2 xal geri qalır. Geri qayıt |