Əsas Səhifə > Milli komandalar > Azərbaycan qadın millisinin FIFA reytinqində yeri dəyişməyib

Azərbaycan qadın millisinin FIFA reytinqində yeri dəyişməyib


15-03-2024, 14:15


FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan yığmasının siyahıdakı mövqeyində dəyişiklik olmayıb. Siyasət Əsgərovun başçılıq etdiyi yığma 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Qeyd edək ki, yığmamız 2025-ci ildə İsveçrədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.
Geri qayıt