Əsas Səhifə > Milli komandalar > Kişi həndbolçuların ölkə çempionatında mübarizə getdikcə qızışır
Kişi həndbolçuların ölkə çempionatında mübarizə getdikcə qızışır13-03-2024, 11:40 |
Kişi həndbolçuların ölkə çempionatında mübarizə getdikcə qızışır. BrendSport.az xəbər verir ki, çempionluq mübarizəsini davam etdirən komandalar 14-cü turda üz-üzə gələcək. Turun açılış oyunu martın 14-də “Azəryol” və “Dinamo” arasında olacaq. Ötən tur “Bakı”ya məğlub olan “Azəryol” həndbolçuları bu görüşdə qalib gəlməklə çempionluq iddiasını davam etdirmək niyyətindədir. “AHF Arena”da keçiriləcək bu matç saat 19:00-da start götürəcək. Turun mərkəzi qarşılaşması liderlər qrupunda qərarlaşan komandalar arasında olacaq. 19 xalla yarış cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi, ondan bir xal geri qalan “Bakı”nı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı halda lider mövqeyini möhkəmlədəcək. Əks halda Mingəçevir həndbolçuları ilk pilləni paytaxt təmsilçisinə verməli olacaq. Martın 17-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək “Kür”- “Bakı” qarşılaşması saat 14:00-da başlayacaq. Görüş Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsi və yutub kanalından canlı yayımda azarkeşlərə təqdim olunacaq. Geri qayıt |