Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb6-03-2024, 10:44 |
Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. BrendSport.az xəbər verir ki, 63,5 kiloqram çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb. İdmançı rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq. T.Əliyevədək Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da 1/16 finala yüksəlib. Qeyd edək ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə yollanıb. Geri qayıt |