Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq
Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq5-03-2024, 17:45 |
Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq. BrendSport.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AVRO-2025-in püşkünü dəyərləndirərkən deyib. "Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır", - deyə 36 yaşlı mütəxəssis vurğulayıb. Bu rəqiblərlə ilk dəfə qarşılaşacaqlarını bildirən çalışdırıcı Türkiyə millisini xüsusilə fərqləndirib: "İndiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram". Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək. Geri qayıt |