Əsas Səhifə > Milli komandalar > Samboçularımız Dünya Kubokunda 2 qızıl medal qazanaraq komanda hesabında ikinci olublar

Samboçularımız Dünya Kubokunda 2 qızıl medal qazanaraq komanda hesabında ikinci olublar


26-03-2018, 16:54


Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.

Yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub.

Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.

Azərtac.az
Geri qayıt