Əsas Səhifə > Milli komandalar > Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb


26-02-2024, 13:08


Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.

Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.
Geri qayıt