Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi mundialların seçmə mərhələ oyunlarına toplaşan tamaşaçı sayında 35-ci yerdədir

Azərbaycan millisi mundialların seçmə mərhələ oyunlarına toplaşan tamaşaçı sayında 35-ci yerdədir


26-02-2024, 12:06


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərindəki orta tamaşaçı sayını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi 57 komanda arasında 35-ci yeri tutub.

Komandamızın buna qədər keçirdiyi 66 ev və səfər qarşılaşmasına ümumilikdə 1 milyon 80 min 817 tamaşaçı toplaşıb. Orta hesabla hər görüşə 16376 azarkeş düşür.

Siyahıya İngiltərə millisi başçılıq edir. Adalıların mundialların seçmə mərhələlərində 122 oyununu ümumilikdə 6 milyon 323 min 926 nəfər izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 51835 nəfər edir.
Geri qayıt