Əsas Səhifə > Milli komandalar > Federasiya Azərbaycan basketbol millisinə pul mükafatı verəcək

Federasiya Azərbaycan basketbol millisinə pul mükafatı verəcək


25-02-2024, 20:00


Azərbaycan Basketbol Federasiyası (ABF) DÇ-2027-nin Avropa üzrə seçmə mərhələsinin II turunda Kosovo üzərində qələbə qazanan milli komandaya (87:77) pul mükafatı verəcək.

BrendSport.az
xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri A qrupunda keçirdiyi ikinci matçında ilk qalibiyyətini əldə edən Azərbaycan yığmasının çıxışına münasibət bildirib: “İlk dəfədir dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdır. “Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdir. Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”.

Qeyd edək ki, yığma ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.
Geri qayıt