Əsas Səhifə > Milli komandalar > Almaniya millisini dünya çempionu edən futbolçu vəfat edib

Almaniya millisini dünya çempionu edən futbolçu vəfat edib


20-02-2024, 13:35


Almaniya millisinin sabiq futbolçusu Andreas Brehme 64 yaşında dünyasını dəyişib.

BrendSport.az
xəbər verir ki, veteran müdafiəçinin ölümünə ürəktutması səbəb olub.

Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Andreas Brehme 1990-cı il dünya çempionatının finalında Argentina seçməsinin qapısına vurulmuş yeganə qolun müəllifi olub. Həmin görüşdə Bundestim 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. A.Brehme karyerası ərzində ölkəsinin “Bavariya” və “Kayzerslautern”, İtaliyanın “İnter” və İspaniyanın “Saraqosa” klublarında da çıxış edib.
Geri qayıt