Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb17-02-2024, 08:10 |
Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kiloqram) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, idmançı almaniyalı Anna Nuernberqerə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Millinin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal görüşündə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub. Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Geri qayıt |