Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib


15-02-2024, 13:30


FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması bir pillə irəliləyib.

Hazırda baş məşqçisiz olan komanda 1174.22 xalla 113-cü sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi, son dünya çempionu Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.

Türkiyə yığması (1505.28) isə 2 pillə irəliləyərək 35-ci sıraya yüksəlib.
Geri qayıt