Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar

Azərbaycan karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar


12-02-2024, 12:10


Azərbaycanın gənc və yeniyetmə karateçiləri Gürcüstanda keçirilmiş Avropa birinciliyində 8 medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, milli komanda qitəmiqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

55 və 61 kiloqram çəki dərəcələrində, müvafiq olaraq, Fərid Hacızadə və Aslan Dostuyev fəxri kürsünün ilk pilləsinə qalxıblar. Cahangir Qayıbov (70 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) gümüş mükafatlara yiyələniblər.

Yığmanın 4 üzvü – Vüsal Qəmbərov isə (52 kiloqram), Rəvan Abbasov (57 kiloqram), Ələddin Məlikov (63 kiloqram) və Hüseyn Məmmədli (67 kiloqram) bürünc medala sahib olublar.

Bu nəticələr sayəsində Azərbaycan millisi komanda hesabında 49 ölkə arasında 7-ci yeri tutub.

Avropa birinciliyində görüşləri idarə edən 2 hakim - Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb.

Avropa birinciliyində 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb.
Geri qayıt