Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Rusiya toplanışına 11 cüdoçu ilə yollanıb

Azərbaycan millisi Rusiya toplanışına 11 cüdoçu ilə yollanıb


15-01-2024, 14:52

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb.

BrendSport.az
xəbər verir ki, komanda hazırlığı Soçidə keçəcək.

Yığmanın heyətində 11 cüdoçu yer alıb. Bunlar Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nigar Süleymanova və Elnarə Rəşidovadır (hər ikisi +78 kq).

Yanvarın 19-dək davam edəcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Geri qayıt