Əsas Səhifə > Milli komandalar > Azərbaycanın daha 3 güləşçisi reytinq turnirində mübarizəyə qoşulur

Azərbaycanın daha 3 güləşçisi reytinq turnirində mübarizəyə qoşulur


11-01-2024, 14:23


Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın üç güləşçisi xalça üzərinə çıxacaq.

Kişilər arasında Vaxit Qalayev (125 kiloqram) misirli Diaeldin Abdelmottalib ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvilinin rəqibi hələlik dəqiqləşməyib.

Qadınların mübarizəsində isə Gültəkin Şirinova (55 kiloqram) ukraynalı Mariya Vinniklə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin ilk günündə Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) bürünc medal qazanıblar.
Geri qayıt