Əsas Səhifə > Milli komandalar > İlin milli komandalarda işləyən ən yaxşı baş məşqçisi bəlli olub

İlin milli komandalarda işləyən ən yaxşı baş məşqçisi bəlli olub


30-12-2023, 14:41


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə milli komandalarda işləyən ən yaxşı baş məşqçini müəyyənləşdirib.

BrendSport.az
xəbər verir ki, bu ada Argentina yığmasının "sükanı arxasında" olan Lionel Skaloni layiq görülüb.

45 yaşlı mütəxəssis 185 xalla bütün rəqiblərini qabaqlayıb.

Fransa millisindən Didye Deşam (112 xal) ikinci, Portuqaliya yığmasından Roberto Martines (61 xal) üçüncü olub.
Geri qayıt