Əsas Səhifə > Milli komandalar > Minifutbol üzrə Azərbaycan çempionatı: favoritlər ardıcıl 4-cü qələbəni qazanıblar
Minifutbol üzrə Azərbaycan çempionatı: favoritlər ardıcıl 4-cü qələbəni qazanıblar28-12-2023, 11:06 |
Minifutbol üzrə Azərbaycan çempionatında IV tura yekun vurulub. BrendSport.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib. Çempionluğa iddialılar “Birbaşa Bakı” və “Zirə” ardıcıl 4-cü qələbəni qazanıblar. Əsas diqqət çəkən məqam Azərbaycan futbol millisinin sabiq üzvlərindən ibarət olan “İnter”in “Zirə”yə məğlubiyyəti olub. Qeyd edək ki, turun “Baku Fire” – “Qalaxy Bakı” (1:4), “Atəşgah" - "Aznur” (5:1), “Odlar Yurdu” – “Sumqayıt” (2:1), “Real Bakı” – “Dirçəliş” (6:2) matçları bir gün əvvəl keçirilib. Azərbaycan çempionatı IV tur “Veteran” – “Turan” 3:2 “Zirə” – “İnter” 5:2 “Dinamo Gəncə” – “Abşeron” 5:7 “Birbaşa Bakı” – “Siyəzən” 11:1 Xal durumu: “Birbaşa Bakı”, “Zirə” – 12, “Odlar Yurdu – 9, “Aznur”, “Qalaxy Bakı”, “Real Bakı”, “Veteran”, “Abşeron” – 7, “Dinamo Gəncə” – 6, “Turan” – 5, “İnter”, “Atəşgah Suraxanı” – 4, “Dirçəliş” – 3, “Baku Fire” – 1, “Siyəzən”, “Sumqayıt” – 0. Geri qayıt |