Əsas Səhifə > Milli komandalar > Azərbaycanın bədii gimnastları Londonda 6 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycanın bədii gimnastları Londonda 6 qızıl, 1 gümüş medal qazanıblar


20-12-2023, 10:30


Azərbaycan bədii gimnastları Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Winter Stars” beynəlxalq turnirində yeddi medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, “Ocaq Sport” Klubunu təmsil edən idmançılardan altısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, biri isə ikinci yeri tutub.

Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla hərəkətlərin icrasında hakimlərdən ən yüksək xalı alıblar. Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə hərəkətlərdə qızıl medala sahib çıxıblar. Gürzlə hərəkətlərdə isə M. Kozaçuk bütün rəqiblərini qabaqlayıb, R. Alıkişiyeva gümüş mükafatla kifayətlənib.
Geri qayıt