Əsas Səhifə > Milli komandalar > Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə18-03-2018, 21:04 |
Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib. Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib. Qeyd edək ki, Şəhriyar hazırda Fabiano Karuana ilə birlikdə turnir cədvəlinin 1-2-ci pilləsində qərarlaşıb. VII tur Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov - 0,5:0,5 Vladimir Kramnik – Liren Ding Sergey Karyakin – Uesli So Levon Aronyan – Fabiano Karuana Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2 Qol.az Geri qayıt |