Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın futbolçulardan ibarət yığması Millətlər Liqası qələbə ilə başa vurub

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Millətlər Liqası qələbə ilə başa vurub


5-12-2023, 21:21

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.

BrendSport.az
xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib.

Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.
Geri qayıt