Əsas Səhifə > Milli komandalar > UEFA Polşa millisinin futbolçusunu dopinqə görə diskvalifikasiya edib
UEFA Polşa millisinin futbolçusunu dopinqə görə diskvalifikasiya edib25-11-2023, 08:00 |
UEFA “Lex”in və Polşa milli komandasının müdafiəçisi Bartoş Salamonu səkkiz aylığına diskvalifikasiya edib. BrendSport.az xəbər verir ki, futbolçu antidopinq qaydalarını pozub. “Poznanın “Lex”i UEFA-dan Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarı alıb. Cərimə 2023-cü il aprelin 13-dən uzadılacaq diskvalifikasiyanı da əhatə edib. Bu o deməkdir ki, oyunçu 13 dekabr 2023-cü il tarixində keçiriləcək oyunlara qayıda biləcək”, – klubun bəyanatında bildirilib. 32 yaşlı Salamon “Lex”in yetirməsidir, lakin əsas komandada debütünü yalnız 2021-ci ildə edib. 2007-2019-cu illərdə müdafiəçi İtaliyada çıxış edib. O, “Breşia”, “Milan”, “Sampdoria”, “Kalyari” və SPAL kimi klubların formasını geyinib. Salamon ötən mövsüm Polşanın “Ekstraklasa”sında 12 oyun keçirib. Salamon 2013-cü ildən Polşa millisinə çağırılıb. Müdafiəçi millidə 11 oyun keçirib. Geri qayıt |