Əsas Səhifə > Milli komandalar > Karateçilərimiz Slovakiya Qran-Prisində və “Boğaziçi” beynəlxalq turnirində fərqləniblər
Karateçilərimiz Slovakiya Qran-Prisində və “Boğaziçi” beynəlxalq turnirində fərqləniblər12-03-2018, 20:23 |
Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandamızın üzvlərindən son Avropa çempionatının mükafatçıları Polina Hurenko (47 kq) və Mədinə Sadıqova (48 kq), eləcə də Elmir Aşurov (55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar. P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran-Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” beynəlxalq turnirinin bürünc medallarını qazanıblar. Karateçilərimiz Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlığı davam etdirirlər. Mayda karateçilərimiz Bolqarıstanda yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün turnirə qatılacaqlar. Azərtac.az Geri qayıt |