Əsas Səhifə > Milli komandalar > Dünya çempionatı: Azərbaycanın minifutbol yığması dördüncü yeri tutub

Dünya çempionatı: Azərbaycanın minifutbol yığması dördüncü yeri tutub


4-11-2023, 21:52


Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 3-cü yer uğrunda oyuna çıxıb.

BrendSport.az
xəbər verir ki, yığmamız bürünc medal uğrunda görüşdə Macarıstan seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib və Azərbaycan millisi mundialı medalsız başa vurub.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan yığması son Avropa çempionudur.
Geri qayıt