Əsas Səhifə > Milli komandalar > Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb


3-11-2023, 07:46


Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

BrendSport.az
xəbər verir ki, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların "Kombat K-1 kuboku" uğrunda mübarizəsi baş tutub.

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində 2 gümüş, 1 bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, 6 dəfə Azərbaycan çempionu olub.

O, 16 peşəkar döyüş keçirib, bunların 15-də qələbə qazanıb, 1-də isə bərabərlik qeydə alınıb.
Geri qayıt