Əsas Səhifə > Milli komandalar > FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubuna uduzub

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubuna uduzub


2-11-2023, 09:05


“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 92:61 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub.
Geri qayıt