Əsas Səhifə > Milli komandalar > Niderland millisinin sabiq futbolçusu oyun zamanı huşunu itirib

Niderland millisinin sabiq futbolçusu oyun zamanı huşunu itirib


30-10-2023, 12:34


Niderland millisinin sabiq futbolçusu Bas Dost “Neymegen”in heyətində ölkə çempionatının X turunda “Alkmar”la keçirilən oyun zamanı huşunu itirib.

BrendSport.az
xəbər verir ki, 34 yaşlı hücumçu qarşılaşmanın son dəqiqələrində heç bir müdaxilə olmadan yerə yıxılıb və onda qıcolmalar yaranıb.

Dərhal həkimlər tərəfindən müayinə olunan forvard xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb. Bundan sonra hakimlər və komandalar matçın başa çatdırılmamasını qərara alıblar. Futbolçunun səhhətinin yaxşı olduğu açıqlanıb.

Qeyd edək ki, oyun dayandırılarkən “Neymegen” hesabda 2:1 öndə olub. Matçda hesabı açan Bas Dost ikinci qolun məhsuldar ötürməsini verib.
Geri qayıt