Əsas Səhifə > Milli komandalar > Qadınlardan ibarət Azərbaycan millisi Farer adalarını məğlub edib
Qadınlardan ibarət Azərbaycan millisi Farer adalarını məğlub edib27-10-2023, 21:01 |
Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib. BrendSport.az xəbər verir ki, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir. Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək. Geri qayıt |