Əsas Səhifə > Milli komandalar > Azərbaycan taekvondoçuları Açıq Avropa birinciliyini beş medalla başa vurublar

Azərbaycan taekvondoçuları Açıq Avropa birinciliyini beş medalla başa vurublar


24-10-2023, 20:32



Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında Açıq Avropa birinciliyi keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

A kateqoriyasında 27 kiloqram çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. O, finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib. Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub.

Yarışda bürünc medalları Harun Hüseynov (36 kiloqram), Zaur Hüseynov (36 kiloqram) və Nadir Paşayev (21 kiloqram, B kateqoriyası) qazanıblar.
Geri qayıt