Əsas Səhifə > Milli komandalar > “Azərreyl” bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək

“Azərreyl” bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək


17-10-2023, 15:37


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək.

BrendSport.az
xəbər verir ki , Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsində ilk matçına çıxacaq.

Ukraynanın “Balta” klubu ilə oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

Çelenc Kuboku
1/32 final, ilk oyun
17 oktyabr

20:00. “Azərreyl” (Azərbaycan) – “Balta” (Ukrayna)
Bakı. Voleybol Mərkəzi.
Geri qayıt