Əsas Səhifə > Milli komandalar > Azərbaycan atıcısı Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycan atıcısı Avropa Kubokunda bürünc medal qazanıb


16-10-2023, 08:19



Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki , o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.
Geri qayıt