Əsas Səhifə > Milli komandalar > Bakıda keçiriləcək “Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək
Bakıda keçiriləcək “Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək12-10-2023, 11:53 |
Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək. BrendSport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq. 2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kiloqram, 55 kiloqram, 63 kiloqram, 73 kiloqram, +73 kiloqram, qızlar isə 44 kiloqram, 49 kiloqram, 55 kiloqram, 63 kiloqram və +63 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirəcəklər. Mükafatçılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Qeyd edək ki, “Koreya səfiri kuboku” oktyabrın 13-də baş tutacaq. Geri qayıt |