Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçuları “Açıq Asiya” turnirinə qatılacaqlar

Azərbaycan cüdoçuları “Açıq Asiya” turnirinə qatılacaqlar


6-10-2023, 12:41



Azərbaycan cüdoçuları oktyabrın 7-də Qazaxıstanın Aktau şəhərində başlayacaq “Açıq Asiya” turnirinə qatılacaqlar.

BrendSport.az
xəbər verir ki, iki gün davam edəcək yarışın mükafatları uğrunda 14 idmançımız mübarizə aparacaq.

"Açıq Asiya" turnirində məşqçilərin etimadını Nurlan Kərimli (60 kq), Babarahim Mirzəyev (hər ikisi 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), İbrahim Ağakişiyev, Əjdər Bağırov, Musa Hüseynli (hamısı 90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və İmran Yusifov (hər ikisi +100 kq) doğrultmağa çalışacaqlar.

Komandaya millinin böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitiki Zaur Babayev rəhbərlik edəcəklər.
Geri qayıt