Əsas Səhifə > Milli komandalar > Azərbaycan çimərlik futbolu millisi Avropa Superfinalında B divizionuna düşüb

Azərbaycan çimərlik futbolu millisi Avropa Superfinalında B divizionuna düşüb


25-09-2023, 09:30


Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.

BrendSport.az
xəbər verir ki, yığma İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.

Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.

Azərbaycan yığmasının heyətində Orxan Məmmədov və Sabir Allahquliyev fərqləniblər.
Geri qayıt