Əsas Səhifə > Milli komandalar > Yunanıstan millisinin 4 futbolçusu federasiyanın səhvi ucbatından oynamayıb

Yunanıstan millisinin 4 futbolçusu federasiyanın səhvi ucbatından oynamayıb


14-09-2023, 12:00


Yunanıstan millisinin 4 futbolçusu yerli federasiyanın səhvi ucbatından AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə keçirilən oyunu buraxıb.

BrendSport.az
xəbər verir ki, qurumun əməkdaşları həmin futbolçuların cəzalı olduqlarını zənn ediblər.

Lakin matçdan sonra məlum olub ki, passivində iki yox, üç sarı vərəqəsi olan cəzalı duruma düşür. Qarşılaşma isə yunanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 5 oyunda 9 xal toplayan Yunanıstan yığması B qrupunda üçüncü pillədə qərarlaşıb.
Geri qayıt