Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti açıqlanıb


13-09-2023, 12:00


Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbatov.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.
Geri qayıt