Əsas Səhifə > Milli komandalar > Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyununun hakimləri bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyununun hakimləri bəlli olub


13-09-2023, 11:15


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Kipr yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununa təyinatlar açıqlanıb.

BrendSport.az
xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Yelena Qobjilaya Natalia Çeban və Ana Çiobotaru laynsmanlar qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Oksana Kruk yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 22-də "Dalğa Arena"da oynanılacaq görüş saat 17:00-da başlayacaq.
Geri qayıt