Əsas Səhifə > Milli komandalar > Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib

Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib


13-09-2023, 11:00


Afrika Millətlər Kubokunda iştirak edəcək bütün komandalar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, son olaraq Kamerun və Namibiya final mərhələsinə vəsiqə qazanıblar.

Oktyabrın 12-də final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 24 iştirakçı hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.

Afrika Millətlər Kubokunun bütün iştirakçıları: Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.

Qeyd edək ki, turnir 2024-cü il yanvarın 14-dən fevralın 11-dək Fil Dişi Sahilidə keçiriləcək.
Geri qayıt