Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır


12-09-2023, 11:25


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, yığmamız səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erkan Özdamara Serkan Olquncan və Murat Tuğberk Curbay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zorbay Küçük yerinə yetirəcək.
Geri qayıt