Əsas Səhifə > Milli komandalar > Belçika millisinin sabiq futbolçusu: “Azərbaycan ilə oyunda fəlakətli ssenari baş verə bilərdi”
Belçika millisinin sabiq futbolçusu: “Azərbaycan ilə oyunda fəlakətli ssenari baş verə bilərdi”11-09-2023, 11:30 |
“Azərbaycan ilə oyunda fəlakətli ssenari baş verə bilərdi. Bunun üçün hər şey var idi. Amma xoşbəxtlikdən sonluq belə olmadı”. BrendSport.az xəbər verir ki, bunu Belçika millisinin sabiq futbolçusu Filip Albert komandalarının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirdiyi oyunu dəyərləndirərkən deyib. 56 yaşlı mütəxəssis “Dalğa Arena”da reallaşan görüşdə 1:0 hesablı qələbə qazanmalarına baxmayaraq, sərgilənən oyundan narazı qalıb: “Birinci hissə yaxşı deyildi, amma yenə də layiqli mübarizə oldu. Heç də yüksək səviyyədə olmayan ikinci hissə haqqında nəsə demək çətindir. Azərbaycanda qələbə hesabını qoruduq, qalan hər şeyi unutduq. Fasilədən sonra millinin ifasında oyun görmədik. Sonluq komandamızın meydanda qıvrılması ilə keçdi. Dokunun bir neçə cəhdi istisna olmaqla, əvəzetmədən meydana çıxanlar da heç bir varlıq ortaya qoya bilmədilər”. Qeyd edək ki, hazırda Belçika yığması 10 xalla F qrupuna başçılıq edirsə, Azərbaycan millisi 1 xalla sonuncu pillədə qərarlaşır. Geri qayıt |