Əsas Səhifə > Milli komandalar > Almaniya millisində baş məşqçi postuna əsas namizədlər açıqlanıb

Almaniya millisində baş məşqçi postuna əsas namizədlər açıqlanıb


11-09-2023, 09:30


Futbol üzrə Almaniya millisində baş məşqçi postuna əsas namizədlər bəlli olub.

BrendSport.az
xəbər verir ki, bunlar "Bavariya"da işləyən Tomas Tuxel, İngiltərə "Liverpul"unun "sükanı arxasında" olan Yurgen Klopp və hazırda işsiz olan Yulian Naqelsmanndır.

Əsas namizəd Tuxel hesab edilir. 50 yaşlı mütəxəssis mövsümün sonuna qədər həm klubda, həm də yığmada çalışa bilər.

Qeyd edək ki, Almaniya 2024-cü ildə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Ötən gün millinin baş məşqçisi Hans-Diter Flik istefaya göndərilib.
Geri qayıt