Əsas Səhifə > Milli komandalar > Azərbaycan - İordaniya oyununu türkiyəli hakim idarə edəcək
Azərbaycan - İordaniya oyununu türkiyəli hakim idarə edəcək10-09-2023, 12:20 |
Bakıda Azərbaycan və İordaniyanın futbol üzrə milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun təyinatları bəlli olub. BrendSport.az xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Arda Kardeşlerə yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək. Qeyd edək ki, sentyabrın 12-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq. Geri qayıt |