Əsas Səhifə > Milli komandalar > AVRO-2024: Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək
AVRO-2024: Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək9-09-2023, 09:05 |
![]() Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək. Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyunda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar. Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək. AVRO-2024-ün seçmə mərhələsi V tur F qrupu 17:00. Azərbaycan – Belçika Baş hakim: Nenad Minakoviç (Serbiya). Bakı, “Dalğa Arena” Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3). Geri qayıt |